İngiltərənin "Vest Bromviç” klubu baş məşqçi axtarışlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, Alan İrvinlə yollarını ayıran rəhbərliyin bir neçə namizədi var. 
 
"Tottenhem"in keçmiş çalışdırıcısı Tim Şervud da bunların arasındadı. 45 yaşlı mütəxəssis təklifi qəbul edəcəyi təqdirdə, komandanın başına keçəcək.
 
Qeyd edək ki, "Vest Bromviç" 2014-cü ildə artıq 3-cü məşqçisini dəyişir. Bundan əvvəl Pepe Mel və Stiv Klark vəzifəsindən azad edilmişdi. Hazırda komanda Premyer Liqanın turnir cədvəlində 16-cı pillədə qərar tutub.
Shares: