Türkiyənin məşhur qəzetlərindən olan "Haber Türk"ün idman yazarı Hasan Əlidəmir Azərbaycan millisinin üzvü Mahir Şükürovun “Karşıyaka”dakı çıxışını dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, o, komandanın hədəfsiz olduğunu, çempionatı yola verdiyini deməklə yanaşı, həm də 32 yaşlı müdafiəçimizin əsas heyətdə oynadılmasını tənqid edib.
Əlidəmir futbolçumuzun çıxışını tənqid edərək, onun ancaq yaxşı aut atması ilə fərqləndiyini deyib: "Bu qədər zəngin heyət, bu qədər hədəfsiz. Şəxsən mən bu qədər zəngin heyətin içində Mahir Şükürovun niyə oynadıldığını yeni anladım. Çünki, o, çox yaxşı aut atır. Həqitətən çox yaxşı… Yoxsa, oynatmaq nədi, onu heç heyətə də almaram. Mən qazanılan 1 xala yox, niyyətə baxaram. Niyyət elə 1 xal qazanmaqdısa, bununla razı deyiləm".
Qeyd edək ki, Mahir Şükürov cari mövsümün əvvəlindən “qırmızı-yaşıllar”ın formasını geyinir.