Meksikanın "Keretaro" klubunun yarımmüdafiəçisi Ronaldinyo komandanı tərk edə bilər. Futbolinfo.az xəbər verir ki, ABŞ-ın "Orlando Siti" klubu ulduz futbolçu ilə yaxından maraqlanır.
 
Sözügedən klubda digər məşhur yarımmüdafiəçisi Kaka da çıxış edir. Komanda bu ildən etibarən MLS liqasında çıxış etməyə başlayacaq.
 
Qeyd edək ki, "Keretaro"da intizamsızlığı ilə yadda qalan Ronaldinyonun ötən günlərdə komandanın düşərgəsindən yoxa çıxmasını narazıçılıqla qarşılamışdı.
Shares: