“Nyukasl”ın baş məşqçisi Alan Pardyu bundan sonra Digər İngiltərə Premyer Liqa təmsilçisi “Kristal Palas”ı çalışdıracaq. Futbolinfo.az xəbər verir ki, klublar artıq bu barədə razılığa gəliblər.
 
”Kristal Palas” bu keçidə görə qarşı tərəfə 2 milyon funt-sterlinq ödəyəcək. Pardyu ilə “Nyukasl” arasındakı sözləşməyə görə, müqavilənin pozulma kompensasiyası 5 milyon funt-sterlinqdi. Amma “Nyukasl” 53 yaşlı mütəxəssisin keçid istəyini nəzərə alaraq ona güzəştə gedib. Qeyd edək ki, dekabrın 27-də London təmsilçisi Nil Uornoku istefaya göndərmişdi.
 
Qeyd edək ki, futbolçu olaraq, 1987-91-ci illər aralığında “Kristal Palas”ın şərəfini qoruyan Pardyu 2010-cu ildən “Nyukasl”ı çalışdırırdı.
Shares: