Yunanıstanın OFİ klubunun baş məşqçisi Cennaro Qattuzo istefa verib. Futbolinfo.az xəbər verir ki, italyan çalışdırıcının qərarı klubun maliyyə problemləri ilə bağlıdı. Məlumata görə, daha öncə bir neçə futbolçu maaşların verilməməsinə etiraz olaraq məşqlərə qatılmayıb.
 
36 yaşlı Qattuzo bildirib ki, yunan komandasının bəzi borclarını öz hesabına ödəyib: "Mən çox təəssüflənirəm. Krit insanları buna layiq deyillər".
 
Qattuzo bu ilin oktyabr ayında da istefa vermişdi. Ancaq klub rəhbərliyi və azarkeşlərin təkidi ilə o, qərarını dəyişdirmişdi.
 
OFİ 15 turdan sonra 14 xalla hazırda Yunanıstan liqasında 15-ci pillədə qərarlaşıb.
Shares: