Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası (AIPS) 2014-ci ildə ən yaxşı idmançılarını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, dünyanın 91 ölkəsindən idman jurnalistləri bu səsvermədə iştirak edib. "Bavariya" və Almaniya millisinin qapıçısı  Manuel Noyer kişilər arasında, məşhur tennisçi Serena Uilyams isə qadınlar arasında ilin idmançısı seçilib. 
Kişilər

1. Manuel Noyer (futbol, Almaniya) – 601 səs (14.84%)
2. Rocer Federer (tennis, İsveçrə) – 537 (13.26%)
3. Kriştiano Ronaldo (futbol, Portuqaliya) – 518 (12.79%)

Qadınlar

1. Serena Uilyams (tennis, Amerika Birləşmiş Ştatları) – 843 (21,43%)
2. Darya Domraçeva (Biatlon, Belarus) – 483 (12.28%)
3. Marit Borqen (xizək, Norveç) – 473 (12.03%)

Ən yaxşı komanda

1. Almaniya millisi (futbol) – 1562 (39.36%) və
2. "Real" (futbol) – 489 (12.55%)
3. İsveçrənin tennis komandası – 310 (7,81%)

Mətbuat üçün ən yaxşı şərait

1. Braziliya . Dünya çempionatı – 757 (23.43%)
2. Soçi 2014 – 626 (19.37%)
3. Uimbldon – 438 (13,56%)

Shares: