Azərbaycan millisinin sabiq üzvü Branimir Subaşiçin də formasını geyindiyi “Manisaspor”da ixtisarlar başlayıb. Futbolinfo.az xəbər verir ki, klub artıq 3 futbolçu ilə yollarını ayırıb.
Bunlar Tayfun Cora, Mustafa Sarp və Süleyman Çəlikyurtdu. Manisa klubunun prezidenti Abdullah Mərgən qış transfer dönəmində necə futbolçular alacaqları ilə bağlı mətbuata açıqlama verib:
“Əvvəlcədən də dediyim kimi, 6-7 futbolçu transfer etməyi planlaşdırırıq. Alacağımız futbolçular fiziki cəhətdən güclü, 90 dəqiqəni oynaya biləcək vəziyyətdə olmalıdılar. Azarkeşlərimiz ikinci dövrədə tam fərqli bir komanda izləyəcəklər”.