Braziliya futbolunun tanınmış siması Ronaldinyo 33 yaşında daha bir fərdi mükafata layiq görülüb. Futbolinfo.az xəbər verir ki, “Atletiko Mineyro” klubunun üzvü 2013-cü ildə Cənubi Amerikanın ən yaxşı futbolçusu adına layiq görülüb.
 
"Amerikanın kralı" adlı nominasiyanın qalibi Uruqvayın “El Pais” jurnalı tərəfindən aparılan sorğuda bütün rəqiblərini qabaqlayıb. Səsvermədə 345 jurnalist iştirak edib. Ronaldinyo bunlardan 156-nın rəğbətini qazanıb. İkinci pillədə 81 səslə “Barselona”nın forvardı Neymar qərarlaşıb. Argentinanın “Nyuels Old Boys” komandasının üzvü Maksi Lopes 79 səslə 3-cü yeri tutub.
 
Əlavə edək ki, ilin məşqçisi mükafatı Kolumbiya yığmasını çalışdıran Xose Pekermana qismət olub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp