Türkiyə millisinin sabiq futbolçusu Tayfun Korkut Almaniya Bundesliqasında komanda çalışdıracaq. Futbolinfo.az xəbər verir ki, söhbət çempionatda çətin günlər keçirən “Hannover”dən gedir.
 
Almaniyada doğulan, sonra isə Türkiyəyə gələrək “Fənərbaxça”nın formasını geyən Tayfun daha sonra İspaniyada “Real Sosyedad”, “Espanyol” və yenidən Türkiyədə “Beşiktaş”ın şərəfini qoruyub.
 
Korkut “Hannover”lə 2016-cı ilə qədər müqavilə imzalayıb. Məlumatınız olsun ki, bu türkiyəlinin ilk məşqçilik təcrübəsi deyil. O bu günə qədər “Real Sosyedad” və “Ştutqart”ın gənclərdən ibarət komandalarını çalışdırmışdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp