FİFA dünyanın ən güclü yığma komandası olan İspaniya millisinin son oyununun nəticəsini ləğv edib. Futbolinfo.az xəbər verir ki, Qvineya ilə səfər görüşünü idarə edən hakimin yerli olması ali futbol qurumunu belə bir addım atmağa vadar edib.
 
Onlar əsas göstəriblər ki, Qvineya Futbol Federasiyası matçı yerli hakimin idarə edəcəyi barədə onlara məlumat verməyib. Lakin FİFA-nın reqlamentinə əsasən beynəlxalq matçları üçüncü bir ölkədən referilər idarə etməlidi.
 
Qeyd edək ki, görüş İspaniyanın 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp