İspaniyada ilin ən yaxşılarının adları açıqlanıb. Futbolinfo.az xəbər verir ki, baş məşqçilər və komanda kapitanları arasında keçirilən sorğunun nəticələrinə əsasən, Madrid “Real”ının qolçusu Kriştianu Ronaldo ən yaxşı futbolçu və ən yaxşı legioner seçilib.
 
“Barselona”dan Lionel Messi ikinci yeri tutub. “Atletiko”nun (Madrid) çalışdırıcısı Dieqo Simeone isə ilin ən yaxşı məşqçisi olub. İspaniyada ilin ən yaxşı yerli futbolçusu “Barselona”nın yarımmüdafiəçisi Andres İnyesta seçilib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp