"Bakı"nın heyətində bu mövsüm cəmi 4 oyun meydana çıxan Aqil Məmmədov komandanı tərk edib. Futbolinfo.az xəbər verir ki, qolkiper "zolaqlılar"ın heyətindən kənarlaşdırıldıqdan sonra özünə yeni klub da tapıb.
 
Əldə etdiyimiz məlumata görə, o, "Sumqayıt"la razılığa gəlib. Yaxın günlərdə onun bu klubla müqaviləyə imza atacağı gözlənilir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp