Almaniya mətbuatında "Borussiya"nın (Dortmund) polyak forvardı Robert Levandovskinin  "Bavariya" ilə razılığa gəldiyi açıqlanıb. Futbolinfo.az xəbər verir ki, ötən bazar televiziya proqramlarından birinə qonaq olan zaman futbolçu "gələcəkdə "Real" və ya "Bavariya"ya gedəcəyimi bilmirəm. Amma hazırda "Borussiya"nın futbolçusuyam" deyərək ağıllarda sual işarəsi oyandırmışdı.
 
İndi Almaniyada hər kəs Robertin sabah “Bavariya” ilə müqavilə imzalayacağını danışır. Çünki yayılan xəbərlərdə Levandovskinin Münhen təmsilçisi ilə yanvarın 2-də müqavilə imzalayacağı bildirilir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp