İspaniya və Fransa nəhəngləri qış fasiləsindən istifadə edərək yoldaşlıq görüşü keçirəcək. Futbolinfo.az xəbər verir ki, “Real” (Madrid) və PSJ sabah Qətərdə üz-üzə gələcək.
 
Qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında iştirak edən Paris təmsilçisinin futbolçusu Zlatan İbrahimoviç  belə danışıb: "2014-cü il üçün bu çox yaxşı başlanğıc olacaq. Bu oyun sayəsində keçmiş çalışdırıcım Karlo Ançelotti ilə görüşə biləcəm. O, mükəmməl biridi. Ançelottiyə Madrid klubunda uğurlar arzu edirəm".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp