Ötən mövsüm icarə əsasında "Rəvan"da çıxış etmiş Əziz Quliyev yenidən çempionatın autsayderinin heyətinə qayıdacaq. Futbolinfo.az xəbər verir ki, Şahin Diniyev bu futbolçunun xidmətində maraqlıdı.
 
Böyük ehtimalla yaxın günlərdə Quliyevin "Rəvan"a transferi reallaşacaq.
 
Qeyd edək ki, ötən mövsüm "Rəvan"dakı karyerası o qədər də uğurlu alınmayan Əziz yenidən "Bakı"ya qayıtmışdı. Amma cari mövsümün geridə qalan iki dövrəsi ərzində Quliyev baş məşqçi Milinko Pantiçin güvəndiyi futbolçular sırasında yer almadı. Bu üzdən də qış fasiləsi start götürən kimi, futbolçu "Bakı" ilə yollarını ayırmağa qərar verdi.
 
Maraq üçün xatırladaq ki, Quliyev bundan əvvəl "Bakı" və "Rəvan"la yanaşı "Karvan"la "İnter"də də çıxış edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp