Futbol üzrə Makedoniya yığmasının üzvü Vladiça Brdarovskinin karyerasını Azərbaycanda davam etdirə biləcəyi haqqında xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, makedoniyalı futbolçu Premyer Liqada çıxış edən 4 klubumuzun – "Xəzər Lənkəran", "Rəvan", "Sumqayıt" və "Bakı"nın hədəfində idi.
 
Etibarlı mənbədən aldığımız məlumata görə, Brdarovskinin seçimi "Bakı"dan yana olub. Artıq ölkəmizə təşrif buyuran gənc müdafiəçi qaldığı oteldə paytaxt klubunun rəsmiləri ilə görüşərək ilkin razılığa gəlib. Hazırda "Pelister" klubuna məxsus olan Brdarovskinin müqaviləsi yayda başa çatacaq. Müdafiəçi "Bakı" ilə 2 və ya 3 illik müqavilə imzalayacaq. 
 
Qeyd edək ki, Vladiça Brdarovski çempionatımızın lideri olan "Qarabağ"ın makedoniyalı legioneri Muarem Muaremin qardaşıdı. Vladiçanı da "Bakı" klubuna Muarem təklif edib.  Vladiça əvvəl "Qarabağ"da çıxış etmək istəsə də, ağdamlıların baş məşqçisi Qurban Qurbanov bu futbolçunu heyətdə görmək istəməyib.
 
Məlumat üçün qeyd edək ki, Vladiça Makedoniya yığma komandasının və ölkəsinin "Pelister" klubunun oyunçusudu. Müdafiəçidi, 23 yaşı var.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp