"Qalatasaray"la yollarını ayıracağı gözlənilən Nordin Amrabata artıq ilk “elçi” təklif göndərib. Özü də İngiltərə Premyer Liqasından. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçinin meneceri onunla Hollandiya və Belçika klublarının maraqlandığını desə də, ilk rəsmi təklif "Hal Siti"dən gəlib.
 
Lakin ingilislərin Amrabata görə, çox az pul təklif etməsi “Cim-Bom”u düşündürür. Onlar Nordinin qarşılığında 500 min avro vermək istəyir. “Sarı-qırmızılar” isə bunu yalnız icarə müqviləsi olacağı təqdirdə qəbul etməyə hazır olduğunu bildirib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp