Türkiyənin PTT 1-ci liqasında mübarizə aparan "Tavşanlı Linyitspor"un şərəfini qoruyan Andrey Popoviçin "Sumqayıt"a qayıtması barədə xəbərlər yayılıb. Lakin "gənclik şəhəri" təmsilçisinin rəsmiləri Popoviçlə maraqlanmadıqlarını iddia edirlər.
 
Futbolinfo.az saytına açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bunları söyləyib: "Biz Popoviçlə maraqlanmırıq. Onun "Sumqayıt"a gəlişi gündəmdə deyil. Ümumiyyətlə, transferlərlə bağlı bütün məsələlərə yanvarın 6-7-dən sonra aydınlıq gələcək".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp