La Liqanın ilk dövrəsini şərikli lider kimi tamamlayan Madrid “Atletiko”su heyətini daha da gücləndirmək məqsədilə yeni transfer gerçəkləşdirib. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Ukraynanın “Metallist” klubunun yarımmüdafiəçisi Xose Sosanı icarə qaydasında heyətinə cəlb edib.
 
28 yaşlı argentinalının keçidi ispanara 1.5 milyon avroya başa gəlib. Əgər “Atletiko” Sosanın çıxışından razı qalsa, mövsümün sonunda “Atletiko” futbolçunu 10 milyon avroya satın alacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp