"Rəvan"ın qış hazırlıq planı çərçivəsində yoxlama oyunu keçirəcəyi bəzi rəqiblər müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubu yanvarın 10 və 12-də Bakıda iki sınaq matçı keçirəcək.
 
Şahin Diniyev yetirmələrini öncə "Sumqayıt"la görüşdə sınayacaq. Növbəti yoxlama matçı isə iki gün sonra 1-ci divizionun lideri "Araz Naxçıvan"a qarşı olacaq.
 
Qeyd edək ki, "Rəvan”ın qış fasiləsi üçün hazırlıq planı çərçivəsində yanvarın 5-də toplaşacaq. Hazırlığın ilk mərhələsində – 5-12 yanvar aralığında komanda Mərdəkandakı "Dalğa Arena”da hazırlaşacaq. Yanvarın 14-dən 26-na qədər isə hazırlıqlar Türkiyənin Antalya şəhərində davam etdiriləcək. "Aslanlar" orada daha 4 yoxlama görüşü keçirməyi planlaşdırılır. Amma hələ ki, rəqiblər dəqiqləşməyib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp