“Turan-T” klubunun futbolçuları bayramlar öncəsi maaşlarını ala bilməyiblər. Futbolinfo.az xəbər verir ki, komanda üzvlərinə dekabr ayının məvacibi verilməyib.
 
Rəhbərlik əvvəlcə oyunçulara ilin son ayının sonuncu günlərinə kimi maaşların ödəniləcəyini bildirsə də, vəd yerinə yetirilməyib. Halbuki, AFFA-nın qərb zonasında baxdığı klublardan olan “Şəmkir” və “Kəpəz”in üzvləri dekabrın pullarını vaxtında alıblar.
Tovuz klubunun rəhbərliyi son olaraq futbolçularına komandanın yeni ildəki təlim-məşq toplanışının ilk günlərində borcları verəcəyini bildirib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp