İspaniyada 2013-cü ilin ən yaxşı idmançılarının adı açıqlanıb. Futbolinfo.az xəbər verir ki,  “Marca” qəzetinin keçirdiyi sorğuya əsasən Madrid “Real”ının hücumçusu Kriştianu Ronaldo 24,5 faiz səslə hamını qabaqlayı.
 
İkinci yerdə avtopilot Sebastyan Fettel qərarlaşıb – 21 faiz. Basketbolçu LeBron Ceyms isə 16 faizlə “üçlüy”ü tamamlayıb.
 
Qeyd edək ki, səsvermədə Ronaldonun əsas rəqibi Lionel Messi doqquz faiz səslə beşinci pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp