Ötən ilin sonlarında Mustafa Dənizli ilə anlaşan "Xəzər Lənkəran"ın daha əvvəl Aykut Kocamana təklif göndərdiyi ortaya çıxıb. Futbolinfo.az xəbər verir ki, "Fənərbaxça"nın prezidenti Əziz Yıldırımla dost olan Mübariz Mənsimov Kocamanı komandasının başında görmək istəyib.
 
Lakin Kocaman yeni mövsümə qədər məşqçi kimi çalışmaq istəmədiyindən təklifi qəbul etməyib. Bundan başqa Mənsimovun Kocamana illik 4 milyon avro təklif etdiyi bildirilir.
 
Türkiyə mətbuatının yeni bir iddiası isə Qazaxıstanla bağlıdı. Belə ki, iddialarda Qazaxıstan Futbol Federasiyasının Kocamanla əlaqə yaratdığı və milli komandanı təklif etdikləri bildirilir. Türkiyəli həmkarlarımıza inansaq, Kocaman bu təklifi müsbət qarşılayıb və yaxın zamanlarda tərəflər bir araya gələrək məsələyə son nöqtəni qoyacaqlar.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp