Futzal üzrə Azərbaycan yığması Belçikada təşkil olunan Avropa Çempionatında ilk oyununa çıxıb. Futbolinfo.az xəbər verir ki, Joze Alesionun yetirmələri ilk oyununu Sloveniyaya qarşı keçirib.
Kifayət qədər gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə yığmamız fantastik qələbəyə imza atıb.
Qeyd edək ki, C qrupunun ilk oyununda Sloveniya İtaliya ilə qarşılaşmada 3:2 hesablı qələbəyə sevinmişdi.
Azərbaycan – Sloveniya – 7:6 (1:3)
Qollar: Amadeu, 1 (1:0), Vrhoveç, 2 (1:1), Çuyek, 18 (1:2), Vrhoveç, 20 (1:3), Rafael, 25 (2:3), Krofiliç, 26 (2:4), Vrhoveç, 30 (2:5), Borisov, 30 (3:5), Auqusto, 32 (4:5), Felipe, 36 (5:5), Fetiç, 37 (5:6), Rafael, 39 (6:6), Edu, 40 (7:6).
Antverpen. "Lotto Arena".
Hakimlər: Koelyu (Portuqaliya), Soresku (Rumıniya).
Oyun başladı
26-cı saniyədə yığmamız hesabı açır – 1:0
2-ci dəqiqədə rəqib komanda hesabı bərabərləşdirir – 1:1
18-ci dəqiqədə Sloveniya hesabda önə keçir – 1:2
İlk yarının bitiminə 15 saniyə qalmış sloveniyalılar 3-cü qolu vururlar – 1:3
Birinci hissə başa çatdı
İkinci hissə başladı
25-ci dəqiqədə Rafael hesab arasındakı fərqi azaldır – 2:3
26-cı dəqiqədə Krofiliç daha bir qol vurur – 2:4
30-cu dəqiqədə rəqib 5-ci qola sevinir – 2:5
Bu qoldan dərhal sonra Borisov yenidən fərqi azaldır – 3:5
Auqusto fərqi minimuma endirir – 4:5
36-cı dəqiqədə Felipe hesabı bərabərləşdirir – 5:5
Təəssüf… Yenə məğlub duruma düşürük – 5:6
Rafael yenidən hesaba tarazlıq gətirir – 6:6
QOOOOOOOL! Edu komandamıza qələbə gətirən qolu vurur – 7:6
Matç başa çatdı
Azərbaycan: Buranello, Elnur Zamanov, Felipe, Edu, Rizvan Fərzəliyev, Elnur Qəmbərov, Rafael, Auqusto, Seymur Məmmədov, Rəcəb Fərəczadə, Amadeu, Maşado Nilson, Vitali Borisov, İsa Atayev.
Sloveniya: Damir Puşkar, Alen Mordey, Uroş Krofliç, İqor Osredkar, Benyamin Melink, Qay Rosiç, Tilen Ştendler, Rok Mordey, Deyan Bizyak, Sebastyan Drobne, Kristian Çuyek, Qasper Vrxoveç, Alen Fetiç, Aleş Vrabel.