Dünəndən başlayan qar yağışı hələ ki, dayanmaq bilmir. Bu səbəbdən əvəzedicilərin çempionatında baş tutacaq "Bakı" – "Rəvan" qarşılaşması da təxirə salına bilər.
 
Oyunun taleyi ilə bağlı qərarın verilməsi üçün meydan sahibləri komissiyanın stadiona gəlməsini gözləyir. Bunu futbolinfo.az saytına açıqlamasında "Bakı"nın mətbuat xidmətinin rəhbəri İsgəndər İsgəndərov deyib:
 
"Premyer Liqada keçirəcəyimiz oyunun təxirə salınması ilə bağlı heç bir məlumat yoxdu. Lakin oyununun təxirə salınacağı, yoxsa oynanılacağı meydana baxışa gələcək komissiyanın qərarından asılıdı. Onların qərarından sonra bu məsələyə aydınlıq gələcək. Hələlik isə heç bir problem yoxdu".
Shares: