Fransa millisinin müsəlman ulduzları Frank Riberi və Kərim Benzema barəsində uzun müddətdi davam edən məhkəmə sona yetib. Futbolinfo.az xəbər verir ki, oyunçuların azyaşlı qızla pul qarşılığında cinsi əlaqəyə girməsi ilə bağlı aparılan istintaqa bu gün yekun vurulub. Paris məhkəməsi hər iki futbolçunun günahsız olduğu barədə hökm ozuyub.
Futbolçuları məhkəməyə gəlməsələr də, onları vəkilləri təmsil edib.
Qeyd edək ki, 2009-cu ildə başlayan qalmaqalın araşdırması zamanı Riberi gənc qızla münasibətdə olduğunu etiraf etsə də, qızın 18 yaşından kiçik olduğunu bilmədiyini söyləmişdi. Benzema isə iddiaları tamamilə rədd etmişdi.