İspaniya Kral Kubokunda ötən gücə "Santander" – "Real Sosyedad" oyununda maraqlı anlar yaşanıb. Futbolinfo.az xəbər verir ki, meydan sahibi olan komandanın futbolçuları oyunu boykot edib.
 
"Santander" 1:3 məğlub olduğu ilk görüşün revanşında öz meydanında "Real Sosyedad"dan qisas almaq şansına malik olsa da, futbolçular fərqli qərar veriblər. 6 ay maaş üzü görməyən "ağ-yaşıllar" hakimin start fitindən sonra meydanın mərkəzində çiyin-çiyinə dayanaraq oynamaqdan imtina ediblər. Onlar klub prezidenti Anxel Lavinin istefa verməsini tələb ediblər. Bu üzdən də oyun baş tutmayıb və təxirə salınıb.

Shares: