Dünəndən davam edən qar yağışı "Bakcell Arena"ya da təsirsiz ötüşməyib. Futbolinfo.az xəbər verir ki, sabah keçiriləcək "Neftçi" – "Simurq" matçının təxirə salınmaması üçün ev sahibləri meydanın təmizlənməsi ilə məşğuldu.
 
Bu bardə saytımıza açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib: "Hazırda bu məsələ ilə bağlı dəqiq bir söz demək olmaz. Biz əlimizdən gələni edirik ki, sabahkı oyun təxirə düşməsin. İstənilən halda qar meydana təsirsiz ötüşə bilməz. Oyunun keçirilməsi üçün stadion istənilən halda yararlı vəziyyətdə olmalıdı. Yenə də son qərarı sabah AFFA nümayəndələri və hakimlər verəcək. Onların qərarından sonra oyunun taleyinə aydınlıq gələcək".
Shares: