Dünya futbolunda belə bir təcrübə var. Qar yağdısa, komandalar qırmızı topla mübarizə aparmalıdı. Dünəndən yağan qar yağışı Premyer Liqada da bu məsələni gündəmə gətirib.
 
Qar yağışının davam etməsini nəzərə alaraq, məsələ ilə bağlı Peşəkar Futbol Liqasının mövqeyini öyrəndik. Qurumun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev futbolinfo.az saytına açıqlamasında bunları dilə gətirib:
 
"Qırmızı topla bağlı problemimiz yoxdu. Əgər lazım gələrsə, oyunlar bu toplarla keçiriləcək. Ancaq sabahkı hava şəraitini gözləmək lazımdı. Havadan asılı olaraq komandalar sabahkı oyunu qırmızı topla keçirə bilər. Burada heç bir problem yoxdu".
Shares: