Dortmund “Borussiya”sı heyətini yeni futbolçu ilə gücləndirib. Futbolinfo.az xəbər verir ki, bundesliqa təmsilçisi Serbiyanın "Partizan" klubunun yarımmüdafiəçisi Milos Jojiçi rənglərinə bağlayıb.
 
“Borussiya” bunun üçün oyunçunun təzminat qiyməti olan 2.2 milyon avrnu ödəyib. Futbolçunun sabah Dortmunda gələrək tibbi müayinədən keçəcəyi və rəsmi müqaviləyə imza atacağı gözlənilir.
 
Bundan başqa, Almaniya mətbuatı "Borrusiya"nın "Herta"nın hücumçusu Adrian Romosla da razılığa gəldiyini bildirib.
Shares: