"Rəvan" transfer pəcnərəsinin son günündə heyətini gücləndirmək yönündə çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, Bayıl təmsilçisi bu gün daha 2 legionerlə müqavilə imzalayacaq.
 
Hələlik futbolçuların adları məlum olmasa da, onların ispan və nigeriyalı olduğu dəqiqdi. Hər iki legioner Bakıya birbaşa müqavilə üçün gəlir.
 
Bundan başqa Güvenç Kurtarın komandasına bosniyalı futbolçunun gələcəyini də xəbər vermişdik. Artıq mərkəz müdafiəçisinin kimliyinə aydınlıq gəlib. Belə ki, Boyan Markoviç bundan sonra "Rəvan"ın şərəfini qoruyacaq. Serbiyalı futbolçu "Spartak Nalçik", "Panserraykos", "Borak Banja Ruka" klublarında forma geyib. 28 yaşlı futbolçunun sonuncu klubu İsrailin "Hapoel Bir Şeva" klubunun uğurları üçün çalışıb.
 
Yuxarıda qeyd olunan legionerlərlə yanaşı Markoviç də bu gün klubla müqavilə imzalayacaq.
Shares: