İngiltərənin "Liverpul" klubunun hücumçusu Luis Suarezə Liqa-1 nəhəngi "elçi" düşüb. Futbolinfo.az xəbər verir ki, PSJ uruqvaylı futbolçunun xidmətində maraqlıdı.
Paris təmsilçisi 26 yaşlı futbolçunun keçidi üçün 42 milyon avro, üstəlik Esekel Lavezzi və Xavyer Pastoreni də qarşı tərəfə verməyə hazırdı. Lakin "Liverpul" rəhbərliyi daha öncə birmənalı şəkildə komandanın Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə Suarezi satmayacaqlarını bəyan edib.
Qeyd edək ki, Suarez bu mövsüm Premyer Liqada keçirdiyi 18 oyunda 23 dəfə rəqib qapılarına yol tapıb.