Yayda “Santos”dan ”Barselona”ya keçən Neymarın  transferindəki qalmaqal davam etməkdədi. Futbolinfo.az xəbər verir ki, məsələ ilə bağlı aparılan istintaq bağlansa da, Braziliya klubunun prezidenti "Santos"un prezidenti Odilio Rodriqes "Barselona"ya transferindən 40 milyon avro qazandığı iddia edilən Neymarın atasının məhkəməyə verməyə hazırlaşır.
 
Klub prezidenti futbolçunun atasından transferdən əldə etdiyi bütün gəlirlərin sənədlərini tələb edib. Ancaq o, razılaşmanın gizliliyini bəhanə edərək  istəyi yerinə yetirməyib. Bu səbəbdən Rodriqes Neymarın atasını məhkəməyə verəcəyəni bildirib. O qeyd edib ki, "Barselona" onlara təzminat qiyməti olaraq 17.1 milyon avro ödəyib: "Rosell aradakı 40 milyon avroluq fərqin "Santos"a aidiyyatının olmadığını dedi. Qalan məbləğin Neymarın atasına verildiyini düşünürəm".
Shares: