Qarın klublar üçün problem yaratdığı hamıya məlumdu. Futbolinfo.az xəbər verir ki, təbiət hadisəsi "Sumqayıt"a daha çox ziyan vurub.
 
Belə ki, Bakı klublarından fərqli olaraq, "Sumqayıt"ın stadionu qarın qurbanına çevrilib. Hazırda ağ örtüklə bəzənən stadionda çalışmalar davam etsə də, klub bazası qardan təmizlənə bilmir. Bu haqda saytımıza klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məlumat verib:
 
"Hazırda lazımı orqanlarla danışıqlar gedir. Sabah günün birinci yarısından etibarən stadiona xeyli sayda əlavə işçi qüvvəsi cəlb olunacaq. Bundan başqa əlavə texnikalar da gətiriləcək. Ümid edirəm ki, oyun vaxtına qədər hər şey həll olunacaq".
 
Qeyd edək ki, Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində baş tutacaq "Sumqayıt" – "Qəbələ" matçı sabah saat 16:00-da start götürəcək.
Shares: