“Qalatasaray” qış “transfer pəncərəsi”ndəki planlarından birini yay mövsümünə təxirə salıb. Futbolinfo.az xəbər verir ki, “Cim-Bom” "Mançester Yunayted"in stopperi Nemanya Vidiçi heyətə qatmaq istəsə də, bu baş tutmayıb.
Amma Mövsümün sonunda komandadan ayrılacağı gözlənilən müdafiəçinin İstanbula gəlmə ehtimalı da var. Mançester təmsilçisi mövsümün sonunda müqaviləsi başa çatacaq serbiyalı ilə yeni sözləşmə imzalamayacağını açıqlayıb.
Qeyd edək ki, Serbiya millisinin üzvü ilə "İnter", "Barselona", Fiorentina" və "Roma" klubları da yaxından maraqlanırlar.