"Fənərbaxça" Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən növbəti dəfə cəzalandırılıb. Futbolinfo.az xəbər verir ki, qurum “sarı-lacivərdlər”in qarşıdakı ev oyununa azarkeş dəstəyi olmadan çıxmasına qərar verib.
 
İntizam Komitəsinin cəzası bununla bitməyib. İstanbul klubu həm də 150 min lirə cərimə ödəməlidi.
 
Qeyd edək ki, cəzanın səbəbi klub azarkeşlərinin Türkiyə Superliqasında "Koyaspor"la matçda xoşagəlməz şüarlar səsləndirməsidi.
 
Bununla da "Fənər” mövsüm ərzində artıq 5-ci cəzasını alıb.
Shares: