"Mançester Yunayted"in portuqal ulduzu Luiş Nani deyəsən bu qış da klubu tərk etməyəcək. Futbolinfo.az xəbər verir ki, artıq 1 ildi ki, “Old Trafford”da işləri yolunda getməyən oyunçu ayrılmaq istəsə də, “qırmızı şeytanlar”ın yüksək rəqəm tələb etməsi futbolçunun transferinə mane olur.
 
Son olaraq "Tottenhem" 27 yaşlı oyunçu üçün MY-nin qapısını döyüb. Lakin bu dəfə də yüksək məbləğ “elçi”nin geri addım atmasıyla nəticələnib.
 
Qeyd edək ki, daha öncə “İnter” və “Yuventus”un təklifləri rədd olunmuşdu.
Shares: