Türkiyə millisinin baş məşqçisi Fatih Terim maraqlı açıqlamaları ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı cari mövsüm Superliqada sabiq klubu “Qalatasaray”ın çempionluq yarışında “Fənərbaxça”ya uduzacağını bildirib:
"Türkiyədə 10 xal fərqi ilə irəlidə olmaq böyük üstünlükdü. 3 xallıq sistemli oyunlarda hər kəs diqqətli davranır. "Fənərbaxça" da oyunlara ciddi yanaşır və diqqətli hərəkət edir.
Təcrübəli mütəxəssis "Qalatasaray" və "Trabzonspor"un avrokuboklardakı çıxışına da toxunub: "Hər iki klubun rəqibləri çox güclüdü. Ancaq həm "Qalatasaray", həm də "Trabzonspor" bu mərhələyə qədər güclü komandaları məğlub ediblər. Çempionlar Liqası və Avroliqanın bundan sonrakı mərhələlərində yalnız güclü rəqiblər gözləmək lazımdı. "Qalatasaray" və "Trabzonspor"un hazırkı heyəti güclüdür və onların mərhələ keçəcəyinə inanıram".