İtaliya A seriyasında “transfer pəncərəsi”nin son bazarlıqlarından biri reallaşıb. Futbolinfo.az xəbər verir ki, “İnter” “Latsio”nun istedadlı yarımmüdafiəçisi Ernanesi heyətinə qatıb.
Braziliyalı futbolçu Milan klubuyla müqaviləsinin şərtlərini də razılaşdırıb. İtaliya mətbuatı bildirir ki, “sambaçı” burada ilinə 3 milyon avro maaş alacaq. Keçidin “İnter”ə 15 milyon avroya başa gəldiyi bildirilir.