Rusiya Premyer Liqasındakı uzun qış fasiləsi transferlərlə müşaiyət olunur. Futbolinfo.az xəbər verir ki, premyer-liqanın iddialı klublarından “Zenit” millimizin üzvü Ruslan Abışovun da çıxış etdiyi “Rubin”dən futbolçu alıb.
 
Söhbət istedadlı qolçu Salamon Rondondan gedir. Kazan təmsilçisi bu satışdan 18 milyon avro qazanıb. Futbolçu Peterburq təmsilçisi ilə 4,5 illik müqavilə imzalayıb.
 
Qeyd edək ki, Rondon “Rubin”ə 2012-ci ildə “Malaqa”dan 10 milyon avroya keçmişdi.
Shares: