Topaz Premyer Liqasının ikinci hissəsinə ciddi hazırlaşan "Rəvan” heyətini 5 futbolçu ilə gücləndirib. Futbolinfo.az xəbər verir ki, Bayıl təmsilçisi legionerlərlə rəsmi müqavilə bağlayıb.
 
Bunlar braziliyalılar – yarımmüdafiəçi Tyaqo Mirasema və müdafiəçi Julio Sezar, sloveniyalı müdafiəçi Mitya Moriç, bosniyalı müdafiəçi Boyan Markoviç və nigeriyalı hücumçu Oke Akpovetadı. Legionerlərin hamısı ilə 1,5 illik müqavilə imzalanıb.
Shares: