Dünən Topaz Premyer Liqasında mübarizə aparan klubların azarkeşlərinin bir araya gələcəyi haqda xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, toplantıda azarkeşlərlə bağlı bir sıra məsələlər müzakirə olunacaqdı.
"Qarabağ"ın "İmarət" azad azarkeş qrupunun təşəbbüsü ilə həyata keçirilən görüşdə Premyer Liqa oyunları zamanı azarkeşlərin bir-biri ilə və polislə aralarında yaranan problemlər müzakirə edilib. Yekunda isə Lənkrəranda azarkeşlərin həbsi ilə nəticələnən hadisə barədə qərar qəbul olunub. Belə ki, klubların azarkeşləri həbs olunmuş fanatlara dəstək üçün aidiyyatı qrumlara müraciət ünvalnayacaq.
Sonda azarkeşlər aralarında olan münasibətlərin dostluq çərçivəsində davam etməsinə dair razılığa gəliblər.