Futzal üzrə Avropa çempionatının final mərhələsində Sloveniya və Azərbaycan milliləri arasında keçirilmiş oyundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, rəqib komandanın baş məşqçisi Andrey Doboviçnik millimizə 6:7 hesablı məğlubiyyəti belə şərh edib:
 
“Komandam yorğun idi. Azərbaycan millisinin isə heyəti genişdi. Bu baxımdan rəqib üçün belə gərgin qarşılaşmada oynamaq çətin olmadı. Bundan əlavə, Azərbaycan millisinin əksər üzvləri eyni klubda çıxış edir. Hesabda 5:2 irəlidə olduğumuz halda uduzmağımız üzücüdü. Bugünkü məğlubiyyət ağır oldu”.
Shares: