Futzal üzrə Avropa çempionatının final mərhələsində Sloveniya və Azərbaycan milliləri arasında keçirilmiş oyundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, yığmamızın baş məşqçisi Joze Alesio millimizin 7:6 hesablı qələbə qazandığı görüşü belə şərh edib:
“İlk 10 dəqiqədə əsəbi idik. Oyunumuzu tapa bilmirdik. İkinci hissədə özümüzə gəldik. Sloveniya yığması çox yaxşı komandadı. Bir neçə oyunlarına baxmışdıq.
Bu gün biz daha çox səhv buraxdıq və rəqib bundan yararlandı. İtaliya yığması ilə oyun bizim üçün çətin olacaq. Sloveniyalılar ikinci hissədə eyni heyətlə oynadıqları üçün çox yorulmuşdular. Bu baxımdan biz də İtaliya millisi ilə matçda yorğun olacağıq. Buna baxmayaraq, qələbə qazanmağa çalışacağıq. Məqsədimiz, ən azı, yarımfinala çıxmaqdı”.