Türkiyədən dönərək iki gün idi Bakıda məskunlaşan “Xəzər Lənkəran” "Qarabağ"la oyunöncəsi son məşqinə çıxıb. Futbolinfo.az xəbər verir ki, İdman Akademiyasının stadionunda baş tutan hazırlıq kəskin hava şəraitinə baxmayaraq bir saat davam edib.
Heyətdə Adrian Pit və Slavik Alxasov zədəli olduqlarına görə fərdi məşqlə kifayətləniblər.
Xatırladaq ki, komandamız bu gün fevral ayının 1-də Premyer Liqanın 19-cu turu çərçivəsində səfərdə “Qarabağ”ın qonağı olacaq. Matç 17:00-da start götürəcək.