“Qəbələ”nin yeni transferi Marat İzmaylovun ölkəmizdə qazanacağı pulun məbləği bəllidi. Belə ki, əyalət təmsilçisi ilə 5 aylıq müqavilə imzalayan yarımmüdafiəçi Azərbaycanda olduğu müddətdə yarım milyon dollar alacaq.
 
Ayda 100 min dollar maaşa razılaşan rusiyalının qazancı bəlkə də karyerasına nəzər saldıqda normal görünə bilər. Amma onun faktiki 1 il oynamadığını, bu müddətdə yalnız bir oyuna çıxdığını, xroniki zədəli olduğunu və ən nəhayət, ideal formaya düşmək üçün zamana ehtiyac duyduğunu nəzərə alsaq, “Qəbələ”nin yarım milyon havaya sovurduğunu demək olar.
 
Ola bilər ki, əyalət klubu rəhbərliyinin pulu çoxdu və onu necə xərcləmək lazım olduğunu bilmir, ancaq faktdı ki, şikəst oyunçu üçün bu məbləği xərcləmək risklidi. 5 aya yarım milyona futbolun, klubun inkişafı naminə daha böyük işlər görmək olardı. Azərbaycanda orta aylıq əmək haqqını (397 AZN) və İzmayılovun “Qəbələ”yə xeyir verməyərək qazanacağı 100 mini tərəzinin ayrı-ayrı gözlərinə qoyub fərqi özünüz hesablayın.
Shares: