Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində baş tutacaq "Neftçi" – "Simurq" oyunun vaxtı yeri və vaxtı dəyişdirilib. Bu haqda futbolinfo.az saytına "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Topaz Premyer Liqasının 19-cü turu çərçivəsində "Neftçi" "Bakcell Arena"da "Simurq"u qəbul etməliydi. Ancaq "Bakcell Arena"nın oyun üçün ideal vəziyyətə gətirilə bilməməsi matçın başqa məkanda keçirilməsinə səbəb olub. Bakılıların mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə saytımıza verdiyi açıqlamada bunları bildirib:
"Bakcell Arena" stadionunun rəhbərliyi bizə bildirdi ki, oyun gününə qədər stadionu ideal hala gətirə bilməyəcəklər. Bunun üçün də biz matçı Bakıxanov qəsəbə stadonunda keçirməyi qərara aldıq. Matç saat 14:00-da başlayacaq".