Premyer Liqada çıxış edən klubların əvəzedici komandaları arasında təşkil olunan ölkə çempionatının 3-cü dövrəsinə start verilib. Futbolinfo.az xəbər verir ki, bu gün 19-cu turun daha iki oyunu keçirilib.
Lider "İnter" AZAL-a divan tutub. "Bakı" – "Rəvan" oyunu isə sülhlə başa çatıb.
Əvəzedicilərin çempionatı
19-cu tur
1 fevral
İnter – AZAL 6:1
Qollar: Mirsahib Abbasov, 3; 56-pen. Elnur Süleymanov, 31. Coşqun Diniyev, 45-pen; 74-pen. Sərtan Taşkın, 90+2 – Rey Məmmədbəyli, 50-pen.
Bakı – Rəvan 1:1
Qollar: Mətin Əbilsoy, 45+2 – Aslan Hüseynov, 90+2-pen.