"Xəzər Lənkəran" Topaz Premyer Liqasının 19-cu turunun "Qarabağ"la oyununda ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, cənub klubunun hücumçusu Etame Mbilla matçın sonlarında zədələnib.
O, meydanı xərəkdə tərk etməli olub. Legioner futbolçunun zədəsinin ciddi olduğu bildirilir.
Daha bir maraqlı məqam oyunda məğlub durumda olan "Qarabağ"ın futbolçularını Mbilla yerdə olarkən feyr-pleyə riayət edib topu meydandan çıxarmaması idi. Onlar bir neçə saniyə topu öz aralarında ötürməklə Mbillanın ayağa qalxmasını gözləsələr də, bu, baş verməyincə hakim qarşılaşmanı dayandırmalı oldu.