"Qarabağ" rəhbərliyi futbolçulara qadağa qoyub. Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun üzvlərinə mətbuatla ünsiyyət qadağan olunub.
Buna səbəb çox güman ki, Topaz Premyer Liqasının 19-cu turunun "Xəzər Lənkəran"la oyunundakı məğlubiyyətdi. Hər halda məhz bu qarşılaşmadan sonra əməkdaşlarımız Ağdam təmsilçisinin futbolçularından açıqlama almaq istəsə də, onlar rəhbərliyin qadağasını əsas gətirərək danışmaqdan imtina ediblər.